• cümə, 19 Aprel, 11:27
  • Baku Bakı 13°C

“Azərbaycanda İslam Həmrəyliyi İli – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans

19.04.17 13:45 1092
“Azərbaycanda İslam Həmrəyliyi İli – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans
Prezident İlham Əliyevin cari ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı 2017-ci il 10 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir.
AZƏRTACxəbər verir ki, müvafiq sənədə əsasən aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilaçılığı ilə "Azərbaycanda İslam Həmrəyliyi İli – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans keçirilib.
İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi müstəqil Azərbaycanın müsəlman dünyasındakı nüfuzundan xəbər verir.
Daha sonra G.Baxşəliyeva "İslam Həmrəyliyi İli – zamanın çağırışlarına uzaqgörən reaksiya” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsi İslami dəyərlərin və bütövlükdə müsəlman aləminin böyük təəssübkeşi Prezident İlham Əliyev tərəfindən zamanında verilmiş çox gərəkli, uzaqgörən ictimai-siyasi bir qərar kimi dəyərləndirilir.
Konfransda "İslam həmrəyliyi amili və Ermənistan – Azərbaycan münaqişəsinə dair həqiqətlərin çatdırılması imkanları”, "İslam postreformizminin bəzi aspektləri” və digər mövzularda məruzələr dinlənilib.
banner

Oxşar Xəbərlər