• çərşənbə axşamı, 19 mart, 06:41
  • Baku Bakı 8°C

Azərbaycanda "İnsan hüquqları aylığı" keçiriləcək

15.05.17 15:00 996
Azərbaycanda "İnsan hüquqları aylığı" keçiriləcək
Azərbaycanda iyunun 18-i "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10 ili tamam olan bu tarixlə əlaqədar olaraq, bu il də İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikada "İnsan Hüquqları Aylığı” elan olunur.
Bununla bağlı Ombudsman dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib. Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.
Aylıq çərçivəsində əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda keçirilən konfrans və müxtəlif tədbirlər ölkədə insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, insan hüquqlarının müdafiəsinə töhfəsini verəcək.
Aylığın nəticələri təhlil olunaraq ictimaiyyətə açıqlanacaq.
banner

Oxşar Xəbərlər