• cümə, 19 Aprel, 13:17
  • Baku Bakı 25°C

Azərbaycanda ilk investisiya fondu yaradılacaq?

06.09.13 10:59 2300
Azərbaycanda ilk investisiya fondu yaradılacaq?
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə investisiya fondunun yaradılması üzrə təklif və müraciət daxil olub.
“APA-Economics”in xəbərinə görə, bunu komitənin sədri Rüfət Aslanlı bildirib.
Onun sözlərinə görə, təklif bu yaxınlarda aktivlərin idarə edilməsi üzrə lisenziya alan “İnvest Az” şirkəti tərəfindən irəli sürülüb: “İnvestisiya fondu açıq fond kimi nəzərdə tutulur ki, bu da komitənin strategiyasına uyğundur. Komitənin mövqeyi belədir ki, ölkədə ilk yaradılan investisiya fondları açıq olmalıdır”.
R.Aslanlı həmçinin bildirib ki, şirkət tərəfindən paylarına tələbatın olub-olmaması barədə marketinq araşdırmalar aparılıb.
banner

Oxşar Xəbərlər