• çərşənbə axşamı, 16 aprel, 22:53
  • Baku Bakı 18°C

Azərbaycanda hansı hallarda notariat hərəkətlərinə görə rüsum tutulmayacağı müəyyənləşir

23.02.21 12:29 341
Azərbaycanda hansı hallarda notariat hərəkətlərinə görə rüsum tutulmayacağı müəyyənləşir
Azərbaycanda notariat hərəkətlərinin aparılması üçün dövlət rüsumunun və haqqının tutulmasının xüsusiyyətləri müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətlərinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcılara keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.
Qanun 1 mart 2021-ci ildən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
banner

Oxşar Xəbərlər