• çərşənbə axşamı, 23 aprel, 23:57
  • Baku Bakı 20°C

Azərbaycanda gizli reklamlara qadağa qoyulur

22.06.13 11:07 1736
Azərbaycanda gizli reklamlara qadağa qoyulur
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan «Reklam haqqında» qanun layizəsində əksini tapıb.
Qanunun 8.1-ci maddəsinə görə, televiziya və radio verilişlərində, kino, audio və video materiallarında, internet şəbəkəsində, çap məhsullarında, malların qablarında və qablaşdırma materiallarında yerləşdirilərək, əmtəə istehlakçısına reklam qismində təqdim edilmədən, müxtəlif üsullarla, görüntülər vasitəsilə onun şüuraltına təsir göstərilməsi gizli reklam sayılır.
Eyni zamanda, televiziya proqramlarında, video, kino və çap materiallarında əmtəə nişanının texniki üsullarla örtmədən göstərilməsi də gizli reklam olacaq.
Qanun layihəsində o da göstərilir ki, reklam daşımayan televiziya və radio proqramlarında, çap materiallarında tamaşaçıların (dinləyicilərin, oxucuların) diqqətinin konkret əmtəəyə «reklam», yaxud «reklam hüququ əsasında» qeydi olmadan yönəldilməsi gizli reklam hesab edilir.
Yeni qanunda bütün hallarda gizli reklamlara qadağa qoyulur.
Qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.
banner

Oxşar Xəbərlər