AZE | RUS | ENG |


Azərbaycanda dollarla əməliyyatların həcmi 3,4 dəfə azalıb

Azərbaycanda dollarla əməliyyatların həcmi 3,4 dəfə azalıb
2017-ci ilin yanvar ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
 
"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 3,27 dəfə  azalıb.
 
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 3,41 dəfə azalıb. Başqa sözlə, yanvarda  ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 179 mln. 751,9 min ABŞ dolları olubsa, 2016-cı ilin yanvarında 612 mln. 494,7 min manat təşkil edib.
 
Bu ilin yanvar ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 121 mln. 516,3 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,23 dəfə azdır. Ötən ay nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 58 mln. 235,6 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,77 dəfə azdır.
 
2016-cı ilin yanvarı ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 1,95 dəfə azalıb. Başqa sözlə, yanvarda avro ilə mübadilə əməliyyatlarının həcmi 18 mln. 134,2 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 35 mln. 298,9 min avro təşkil edib.
 
Ötən ay nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 12 mln. 555,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,22 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 5 mln. 578,4 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 25,33% azdır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202