AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü

Cəmiyyət
01 İyul 2020, 19:44 412
Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 18112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 682, ötən müddət ərzində isə ümumilikdə 488 852 test aparılıb.