• cümə, 29 Mart, 18:26
  • Baku Bakı 14°C

Azərbaycanda daha 1 809 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb

23.04.21 16:45 599
Azərbaycanda daha 1 809 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb
Azərbaycanda daha 1 809 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib. 30 716 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3 164 974 test icra olunub.
banner

Oxşar Xəbərlər