AZE | RUS | ENG |


Azərbaycanda cinayət törədənlərin çoxu təhsilsiz və işsiz şəxslərdir

Azərbaycanda cinayət törədənlərin çoxu təhsilsiz və işsiz şəxslərdir
Azərbaycanda cinayət törədənlər daha çox əmək qabiliyyətli yaşda olub, lakin təhsili və işi olmayan şəxslərdir.

Trend-in məlumatına görə, ötən il Azərbaycanda belə kateqoriyaya aid 12751 şəxs cinayət törədib. Bu göstərici isə əvvəlki illərlə müqayisədə çoxdur. Belə ki, 2013-cü ildə Azərbaycanda əmək qabiliyyətli yaşda olub, oxumayıb və işləməyən 11 420, 2014-cü ildə 12 008, 2015-ci ildə 11 991 nəfər cinayət törədib.

Ümumilikdə son illər ərzində təhsilsiz və işsiz şəxslər tərəfindən törədilən cinayətlərin sayı artsa da, bu göstərici 11 il əvvəllə müqayisədə azdır.

Belə şəxslər tərəfindən ən çox cinayətlər 2010-cu ildə törədilib. Həmin ildə 15 535 cinayət törədilib.

Bu şəxslərin törətdiyi cinayətlərin sayı kiçik fərqlə 2005, 2010, 2011-ci illərdə daha yüksək olub.

2005-ci ildə təhsilsiz və işsiz şəxslər 15 043, 2010-cu ildə 15 535, 2011-ci ildə 15 149 cinayət törədiblər.

Ümumilikdə son illər ərzində Azərbaycanda cinayət törətmiş şəxslərin sayı çoxalıb. 2013-cü ildə cinayət törətmiş şəxslərin sayı 14 841, 2014-cü ildə 15 560, 2015-ci ildə 16 322, 2016-cı ildə 16 676 nəfər olub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007