• cümə, 29 Mart, 11:29
  • Baku Bakı 5°C

Azərbaycanda çimərlik həndbolunun inkişafı üçün hərtərəfli şərait mövcuddur

22.08.17 09:10 1505
Azərbaycanda çimərlik həndbolunun inkişafı üçün hərtərəfli şərait mövcuddur
Bakı Su İdmanı Sarayında oyunların keçirilməsi üçün bütün şərait yaradılıb. Azərbaycanda çimərlik həndbolunun inkişafı üçün hərtərəfli şərait mövcuddur.
AZƏRTACxəbər verir ki, bu sözləriAZƏRTAC-a Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi Tamas Neukum deyib.
Macarıstandan gəldiyini və 19 ildir çimərlik həndbolu üzrə məşqçi kimi çalışdığını qeyd edən T.Neukum Azərbaycan Həndbol Federasiyasına idmanın bu növünün inkişafı sahəsində atdığı addımları davam etdirməyi tövsiyə edib. Vurğulayıb ki, uğurların davamı olaraq gələcəkdə Olimpiya Oyunlarda iştirak imkanı yarana bilər.
Sonda Tamas Neukum Bakıda olmaqdan məmnunluğunu ifadə edərək, dəvətə görə minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər