• cümə, 29 Mart, 12:14
  • Baku Bakı 14°C

Azərbaycanda çağırışçılar bu yenilikdən ilk dəfə yararlanacaqlar

25.06.13 11:16 1935
Azərbaycanda çağırışçılar bu yenilikdən ilk dəfə yararlanacaqlar
Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) hərbi xidmətə çağırış sistemində informasiya texnologiyalarının tətbiqi və vahid informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır.
APA-nın məlumatına görə, bu barədə SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Xidmət rəisinin sözlərinə görə, iyunun 30-dan başlayaraq Azərbaycanda ilk dəfə olaraq hərbi xidmətə çağırılan gənclər SHÇDX-nin internet saytına (www.seferberlik.gov.az) özləri haqqında məlumatları daxil etməklə, təyin olunduqları hərbi hissələri öyrənə biləcəklər. Eyni zamanda Xidmətin yerli şöbələri də çağırışçılara bu məlumatları çatdıracaqlar.
A.Rəhimov bildirib ki, SHÇDX yarandıqdan sonra hərbi xidmətə çağırışda şəffaflıq təmin edilib: «İndi hərbi xidmətə çağırış yalnız gənclərin adları və soyadları ilə aparılmır. Bölgülər kompüterləşmiş sistem üzrə ordu sıralarına göndərilir».
banner

Oxşar Xəbərlər