• şənbə, 30 Mart, 10:26
  • Baku Bakı 10°C

Azərbaycanda buğda istehsalı artıb

12.08.13 11:42 1684
Azərbaycanda buğda istehsalı artıb
Azərbaycanda biçiləcək 1,355 mln. hektar taxıl sahəsinin artıq 98%-i biçilib.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “APA-Economics”ə bildirib ki, bununla da 2,714 mln. ton taxıl istehsal olunub.
Onun sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il taxıl istehsalı sahəsində 1 hektarın məhsuldarlığı 26,6 sentner təşkil edib ki, bu da 4,6% artım deməkdir.
M.Hacıyev deyib ki, biçilən ümumi əkin sahəsinin içində 689 482 hektar əkilmiş buğda sahəsinin 99%-i biçilib və 1,785 mln. ton buğda istehsal olunub: “Buğda istehsalı sahəsində 1 hektarın məhsuldarlığı 27,6 sentner olub. Bir sözlə, ötən ilin müvafiq dövri ilə müqayisədə 0,7 sentner artıq təşkil edib. Buğdanın ümumi istehsalı 2012-ci ilin analoji dövri ilə müqayisədə 2,2% artıb”.
KTN-in mətbuat xidmətinin rəhbəri bildirib ki, nazirliyin hesablamalarına görə, bu il ölkədə 2,9 mln. ton taxıl istehsal olunacaq, bunun 1,9 mln-u buğda təşkil edəcək.
Qeyd edək ki, ölkədə təxminən 1-2% biçilməmiş sahələr dağlıq və dağətəyi rayonlarda qalıb. Onların tezliklə biçilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər