• cümə, 29 Mart, 10:37
  • Baku Bakı 5°C

Azərbaycanda bu ilin ilk rübündə ixracın həcmi 50 faiz yüksəlib

22.04.17 19:48 957
Azərbaycanda bu ilin ilk rübündə ixracın həcmi 50 faiz yüksəlib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ), Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına dair, eyni zamanda, qeyri-neft ixracatçılarının respublika müşavirəsindən irəli gələn məsələlərlə bağlı elmi seminar keçirilib.
UNEC-dənAZƏRTAC-a bildirilib ki, İAETİ-in böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov birinci rübdə ölkənin sosial-iqtisadi inkişafına dair təqdimatla çıxış edib. Bildirilib ki, bu ilin ilk rübündə ixracın həcmi 50 faiz yüksəlib, qeyri-neft ixracında 10 faizlik artım qeydə alınıb, idxalda 17 faiz azalma olub.
İAETİ-nin direktoru, professor Yədulla Həsənli diqqətə çatdırıb ki, ölkədə qeyri-neft ixracının stimullaşdırılması və xarici ticarət üzrə kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə UNEC-də tədbirlər planının hazırlanmasına başlanılıb. Sənəd qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd olunan dövrdə əldə edilən uğurlardan, xüsusən qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artırılmasına yönələn tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonda ölkədə qeyri-neft ixracının təşviq edilməsi, ixracatçı şirkətlərə dəstək məqsədilə xarici bazarların araşdırılması üçün İAETİ-də genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılması müzakirə olunub, suallar cavablandırılıb.
banner

Oxşar Xəbərlər