• çərşənbə, 17 Aprel, 03:03
  • Baku Bakı 14°C

Azərbaycanda bu il yükdaşımaların həcmi artıb

23.03.20 10:21 1473
Azərbaycanda bu il yükdaşımaların həcmi artıb
2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 34,1 milyon ton yük daşınıb və 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artım müşahidə olunub.
Trend-in məlumatına görə, yüklərin 2,8 faizi dəniz, 6,8 faizi dəmir yolu, 0,1 faizi hava, 59,1 faizi avtomobil nəqliyyatı, 31,2 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,1 faiz təşkil edib.
Hava nəqliyyatı ilə yükdaşıma 50,3 faiz artaraq 45,4 min ton olub.
Dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 969,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz azalıb. Yüklərin 39,8 faizini neft yükləri təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-fevral ayları ərzində 2,3 milyon ton yük daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,2 faiz artım müşahidə olunub.

banner

Oxşar Xəbərlər