• cümə, 29 Mart, 17:56
  • Baku Bakı 14°C

Azərbaycanda benzinə tələbat pik həddə çatıb

06.06.13 16:00 1515
Azərbaycanda benzinə tələbat pik həddə çatıb
Azərbaycanda avtomobillərin sayının artması nəticəsində son 10 ildə benzinə olan tələbat 3 dəfə artıb.
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.
Onun sözlərinə görə, təkcə 2013-cü ilin ilk 4 ayında benzin istehlakı ötən ilin eyni dövrünə nisbətən 14% artıq olub: «Belə artım təkcə ötən illə müqayisədə deyil, əvvəlki illərdə də qeydə alınıb. Nəticədə, son 10 ildə benzinə daxili tələbat 3 dəfə yüksəlib».
D.Məmmədov qeyd edib ki, 2012-ci ildə avtomobil benzininin istehlakı 1,380 mln. tonu keçib. Benzinə tələbatın kəskin artması nəticəsində ölkənin neft emalı qurğuları benzinə olan tələbatı çətinliklə ödəyir: «Neft emalı məhsulları sahəsində daxili tələbatı ödəmək baxımından əsas gərginlik ancaq benzin istehsalındadır. Bizim bu sahədəki bütün qurğular demək olar ki, son həddə işləyir».
banner

Oxşar Xəbərlər