• cümə axşamı, 25 aprel, 15:22
  • Baku Bakı 23°C

Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılacaq

26.06.16 02:43 1363
Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılacaq
Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, müvafiq turizm infrastrukturunun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, beynəlxalq tədbir və idman yarışlarına ev sahibliyi etməsi və digər məqsədyönlü görülən işlər Azərbaycanda gəlmə turizmin inkişafına böyük təkan verir.
Azərbaycanda turizmin inkişafı və xarici turistlərin sayının artması peşəkar turizm bələdçilərinin fəaliyyətinə olan tələbatı artırır.
Mədəniyyət və Turizm NazirliyindənAZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib. Tədbirdə bələdçilərin fəaliyyətinin tənzimlənməsi və peşəkarlığın artırılması, respublika ərazisində bələdçilik fəaliyyəti ilə məşğul olan müstəqil bələdçilərin Mədəniyyət və Turizm Nazirliyinin Attestasiya Komissiyası tərəfindən akkreditasiyadan keçirilməsi və bələdçilik kartının alınması, siyasi təhlükəsizlik prinsiplərinin qoruması kimi məsələlər, həmçinin Bələdçilər Assosiasiyasının yaradılması müzakirə olunub.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri və peşəkar bələdçilər iştirak ediblər. Görüş zamanı ölkəmizə gələn qonaqlara və turistlərə ekskursiya xidməti göstərən bələdçilərin fəaliyyətində mövcud olan problemlər müzakirə olunub və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda bu görüşlərin mütəmadi olaraq keçirilməsi, Bələdçilər Forumunun təşkil olunması və növbəti iclaslarda konkret tədbirlərin görülməsi təklif olunub.
banner

Oxşar Xəbərlər