• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Azərbaycanda bank ombudsmanı fəaliyyətə başlayacaq

05.09.17 14:10 1244
Azərbaycanda bank ombudsmanı fəaliyyətə başlayacaq
Bu həftənin sonunadək Azərbaycanda bank ombudsmanı fəaliyyətə başlayacaq.
Bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.
Məlumatda qeyd olunur ki, ombudsman təşkilatı assosiasiya nəzdində fəaliyyət göstərəcək.
Bank ombudsmanına 2 min dollaradək maliyyə mübahisələrinin həll olunması üçün müraciət etmək mümkün olacaq.
ABA-dan bildirilib ki, müraciətlərin qəbul edilməsi üçünwww.bankombudsman.azsaytı hazırdır.
Bank ombudsmanının əsas məqsədi banklara və onların müştərilərinə müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi və ya ləğv olunması ilə bağlı məsələləri məhkəməyə qədər həll etməkdən ibarətdir.
banner

Oxşar Xəbərlər