• cümə axşamı, 25 aprel, 20:49
  • Baku Bakı 21°C

Azərbaycanda Amnistiya aktının tətbiqi nəticəsində 2819 şəxs azadlığa buraxılıb

01.10.16 10:16 1031
Azərbaycanda Amnistiya aktının tətbiqi nəticəsində 2819 şəxs azadlığa buraxılıb
"Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəssisələrində cəza çəkən 2819 şəxs azadlıqdan məhrumetmə cəzalarından azad ediliblər”.
"Report” xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Baş prokuror qeyd edib ki,ümummilli liderHeydər Əliyevin zəngin mənəvi irsini, mərhəmətlik və insanpərvərlik ənənələrini yeni nəsillərə aşılamaq qayəsi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun təşəbbüsü iləMilli Məclistərəfindən qəbul edilən"28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərarın vaxtında və dürüst icra olunmasını təmin etmək məqsədilə müvafiq təşkilati işlər görülməklə yanaşı, Baş Prokurorluq üzrə əmr imzalanıb: "Əmr bu mühüm humanistlik aktının icrası ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələri konkretləşdirərək qərarın icrası zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsini, prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyanı tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsini, icra vəziyyətinin hər ay təhlil olunmasını müəyyən edib".
Z.Qaralovun sözlərinə görə,qərarın icrasının təmin edilməsi ilə bağlı həyata keçirilən səmərəli iş nəticəsində sentyabr ayının əvvəlinədək olan müddət ərzində prokurorluq əməkdaşlarının iştirakı ilə amnistiya aktı ümumilikdə 10079 məhkum olunanşəxs barəsində tətbiq edilib, onlardan 9538-i kişi, 541-i qadın, o cümlədən 97-si yetkinlik yaşına çatmayan şəxslər olub: "Həmçinin amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2.344.797 manat məbləğində cəriməni ödəməkdən azad olunmuşdur.
banner

Oxşar Xəbərlər