• cümə, 29 Mart, 01:13
  • Baku Bakı 7°C

Azərbaycanda 60 yaşdan yuxarı vəkillər üzvlük haqqından azad edildi

25.03.20 16:30 1640
Azərbaycanda 60 yaşdan yuxarı vəkillər üzvlük haqqından azad edildi
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti koronavirusla bağlı əlavə preventiv tədbirlər barədə qərar qəbul edib.
Kollegiyadan Trend-ə verilən məlumata görə, qərarda bildirilir ki, ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23.03.2020-ci il tarixli qərarını nəzərə alaraq 60 və daha yuxarı yaşlı vəkillər karantin dövründə üzvlük haqqından azad olunsun, karantin dövründə 60 və daha yuxarı yaşlı vəkillər vəkil qurumlarında növbətçiliyə cəlb olunmasın, bütün vəkillər öz müvəkkilləri ilə, habelə digər şəxslərlə ünsiyyətdə İKT texnologiyalarından və elektron rabitə vasitələrindən istifadəyə üstünlük versinlər, karantin dövründə müqavilələrin elektron qaydada bağlanılmasına icazə verilsin (müqavilələr imzalandıqdan sonra skan edilməklə tərəflər arasında elektron poçt və ya digər elektron üsullarla göndərilməklə), vəkil qurumları iş rejimlərini maksimum dərəcədə məhdudlaşdırsınlar, zəruri hallarda vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı və vəkil qurumları vətəndaşlara vəkillərin elektron reyestri vasitəsilə vəkil seçmək imkanlarını izah etsinlər.

Qərarda göstərilir ki, qətimkan tədbirinin seçilməsi ilə bağlı işlər əgər 60 və daha yuxarı yaşlı vəkillərin icraatında olarsa və bu işlər karantin dövrünə düşərsə, müvəkkilin konfidensiallıqla bağlı razılığı alınaraq həmin işlər vəkil qurumlarının digər vəkillərinə həvalə edilsin, vəkillərə özünüqoruma vasitələrindən - maskalardan, antibakterial mayelərdən istifadə etmələri bir daha bildirilsin, Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı tanış olmaları üçün bu qərarı vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin diqqətinə çatdırsın.
banner

Oxşar Xəbərlər