• cümə axşamı, 25 aprel, 22:08
  • Baku Bakı 21°C

Azərbaycanda 37 dərəcə isti olacaq

15.06.13 11:28 1379
Azərbaycanda 37 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcəyədək isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər