• cümə axşamı, 18 aprel, 16:54
  • Baku Bakı 22°C

Azərbaycanda 18 yaşlı qız oğurlanıb, faktla bağlı cinayət işi başlanıb

16.11.17 11:50 1740
Azərbaycanda 18 yaşlı qız oğurlanıb, faktla bağlı cinayət işi başlanıb
Bərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, noyabrın 10-da rayonun Şahvəllər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb.
Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.
Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova və Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.
Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
banner

Oxşar Xəbərlər