• çərşənbə axşamı, 23 aprel, 18:18
  • Baku Bakı 20°C

Azərbaycanda 163 nəfər koronavirusa yoluxdu, 171 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi

11.09.20 16:49 628
Azərbaycanda 163 nəfər koronavirusa yoluxdu, 171 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38 037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, 2 040 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 108, bu günə qədər isə ümumilikdə 995 376 test icra olunub.
banner

Oxşar Xəbərlər