• cümə axşamı, 25 aprel, 08:00
  • Baku Bakı 14°C

Azərbaycanda 15 dərəcə şaxta olacaq - Xəbərdarlıq

02.12.14 12:28 990
Azərbaycanda 15 dərəcə şaxta olacaq - Xəbərdarlıq
Dekabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Havanın temperaturunun gecə və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.
Azərbaycanın rayonlarında dekabrın 3-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
banner

Oxşar Xəbərlər