• cümə axşamı, 28 mart, 15:14
  • Baku Bakı 16°C

Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib

15.01.20 12:51 963
Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib
2019-cu ilin yekunlarına əsasən Azərbaycanda 1376 kilometrədək avtomobil yolu təmir edilib və istifadəyə verilib.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.
O bildirib ki, yolların genişlənməsi və magistralların yaradılması yük avtomobillərinin sürət həddini 80 kilometr/saata, minik maşınlarının isə 90-110 kilometr/saatadək artırmağa imkan verib.
S.Məmmədovun sözlərinə görə, yüksək keyfiyyətli və təhlükəsiz yollar Azərbaycanın iqtisadi inkişafı və ictimai rifahının vacib amilidir.

banner

Oxşar Xəbərlər