• cümə, 19 Aprel, 09:37
  • Baku Bakı 13°C

Azərbaycana yeni nəqliyyat növü gətirilir

02.08.13 13:35 1616
Azərbaycana yeni nəqliyyat növü gətirilir
Bununla da, həm daxili yanma mühərrikləri ilə işləyən avtomobil nəqliyyatının sıxlığı azala bilər, həm də ekoloji cəhətdən təmiz iqlim şəraiti yaratmaqla, sərnişinlərin bu nəqliyyatdan istifadəsi zamanı onların səyahətini də təşkil etmək mümkün olacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev «APA-Economics»ə açıqlamasında məhz bu ideyanın tərəfdarı olduğunu vurğulayıb.
Komitə rəsmisi bildirib ki, bu təkliflər «Böyük Bakının Regional İnkişaf Planı»nda da əks olunub. Layihənin həyata keçirilməsinə çəkiləcək xərclərdən danışan C.Qocayev deyib ki, bu, ancaq layihə təsdiq olunandan sonra müəyyənləşəcək: «Bunun üçün ilk növbədə layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanmalıdır. Məhz əsaslandırma bu nəqliyyatdan istifadə etməyimizə imkan verəcək. Digər tərəfdən, bu nəqliyyat sahəsinin inkişafı turizm potensialının daha da inkişaf etməsinə təkan verəcək».
banner

Oxşar Xəbərlər