“Azərbaycana olan etimadın nümunəsi”
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən daxili və xarici
siyasət ölkəmizin daha da inkişafına, beynəlxalq aləmdə sabitlik məkanı kimi
tanınmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, Azərbaycan bir çox
beynəlxalq tədbirlərə, o cümlədən diplomatların, prezidentlərin görüşlərinə ən
yüksək səviyyədə ev sahibliyi edib. Bu il fevralın 16-da isə Rusiya Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin
qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun Bakıda görüşü keçirilib.
Sentyabrın
7-də paytaxtımız bu formatda daha bir görüşə ev sahibliyi edib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri
Gerasimov vəNATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşüblər.
Bu görüş barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, generallar Avropa
və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Rusiya
Silahlı Qüvvələrinin Baş Qərargah rəisiNATO Hərbi Komitəsinin rəhbərini
keçiriləcək "Qərb-2017”
strateji təlimləri barədə ətraflı məlumatlandıraraq, onların planlı və müdafiə
xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini vurğulayıb. Valeri
Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin
təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib. Görüşdə tərəflər təmasları
davam etdirməyə qərar veriblər.
V.Gerasimov
və P.Pavel Bakıda olduqları müddətdə rəhbərlik etdikləri nümayəndə heyətləri
ilə ayrı-ayrılıqda Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı
Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla da görüşüblər.
Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi
təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qonaqlar ikitərəfli
görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan
dövlətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Həmin gün V.Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın
dövlət başçısı da qəbul edib. Prezidentİlham Əliyev V.Gerasimov və P.Pavel
arasında görüşün məhz Bakıda keçirilməsini Azərbaycana olan etimadın nümunəsi
kimi dəyərləndirib.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra
Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri,Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin
müavini Aydın Mirzəzadə də hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi, ordu generalı V.Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri,
general P.Pavelin Bakıda görüşməsi Azərbaycanın artan siyasi nüfuzunun göstəricisidir.
Millət vəkili bildirib ki,Azərbaycandövlətçiliyin inkişafına görə
dünyada yüksək səviyyədə nüfuz qazanıb. Onun fikrincə, buna görə də Azərbaycançox
böyük tədbirlərin keçirildiyi, dünyanın taleyüklü məsələlərinin həll edildiyi
diplomatik mərkəzə çevrilir: "Azərbaycandakı stabillik, infrastruktur inkişafı
ilə bağlı görülən tədbirlər və ən əsası təhlükəsizliyin yüksək səviyyədə olması
görüş yeri kimi konkret olaraqAzərbaycanın seçilməsinə gətirib çıxarır.
İlin əvvəlindəABŞ və Rusiya hərbi rəhbərlərinin görüşü zamanı bir çox
ekspertlər bildirirdi ki, bu başlanğıcdır, gələcəkdəBakıda belə
tədbirlərin tez-tez keçiriləcəyi gözləniləndir. Dünyada bir qayda olaraq belə
görüşlərin keçirildiyi bir neçə məkan var. Bunlar Paris,London,
Cenevrədir. İndi bu siyahıya Bakının da əlavə edilməsi onu göstərir ki,Azərbaycandünyanın
bütün ölkələri ilə münasibətdə etibarlı tərəfdaş və ciddi məsələlərin müzakirə
edildiyi bir ölkədir. Bakıda keçirilən görüşAzərbaycanın diplomatik
nüfuzudur və dünyanın aparıcı dövlətləri, təşkilatları tərəfindən göstərilən
etimaddır. Hesab edirəm ki, ikinci belə görüşün keçirilməsindən sonra
dünyaAzərbaycana tamam fərqli bir gözlə baxmağa başlayacaq”.
Sabiq təhlükəsizlik zabiti, hərbi ekspert Arzu
Nağıyev də mövzuya dair fikrilərini bölüşərkən deyib ki, Azərbaycan mötəbər
görüşlərə ev sahibliyi üçün bütün tələblərə cavab verir. Onun sözlərinə görə,
Azərbaycanda yürüdülən balanslı siyasət, eyni zamanda yüksək təhlükəsizlik belə
görüşlərin paytaxt Bakıda keçirilməsinə imkan verir: "Rusiya Silahlı Qüvvələrinin
baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Hərbi komitəsinin
sədri, general Pyotr Pavelin görüşü üçün Azərbaycanın seçilməsi çox mühüm bir
hadisədir. İlk dəfə deyil ki, ölkəmizdə
belə bir görüş keçirilir. Bir müddət əvvəl də Rusiyanın baş qərargah rəisi ilə
NATO rəhbərliyi məhz ölkəmizdə görüşdü. Bu, bir daha onu göstərir ki,
Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsinə vasitəçilik edəcək bir
dövlətə çevrilib.Bu görüşlərin ölkəmizdə keçirilməsinin bir səbəbi də
dövlətimizin apardığı balanslı siyasətdir. Burada təhlükəsizlik məsəsləsi də
mühüm rol oynayır. Çünki bu cür görüşlərin keçirilməsi üçün təhlükəsizliyə
təminat verilməlidir. Azərbaycan bütün bu tələblərə tam cavab verdiyi üçün belə
mötəbər görüş üçün məhz ölkəmiz seçilib”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Elxan Şahinoğlu generalların Bakı görüşünə münasibət bildirərkən,
bu hadisə barədə xəbərin sentyabrın 7-də yayılmasına, xəbər yayılandan cəmi bir
neçə saat sonra görüşün başlamasına diqqət çəkib. Bildirib ki, bu, görüşün son
ana qədər məxfi saxlandığından xəbər verir. O, fevral ayında da oxşar hadisənin
baş verdiyini söyləyib: "Bu ilin fevral ayında da Rusiya və ABŞ baş qərargah
rəislərinin Bakıda görüşəcəyi xəbəri yayıldıqdan bir neçə saat sonra Azərbaycan
paytaxtında görüş başladı. Həmin vaxt Rusiya və ABŞ baş qərargah rəisləri
Bakıda Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə
imkanlarını müzakirə etmişdilər. Azərbaycan Suriyaya yaxın olduğundan görüş
yeri kimi Bakı seçilmişdi. Müxtəlif səbəblərdən görüş yeri kimi Suriyaya qonşu
olan İran və Türkiyə seçilə bilməzdi. Çünki hər ikisinin Suriyada fərqli
maraqları var. Azərbaycanın isə Suriyada yeganə marağı bu ölkənin ərazi
bütövlüyünün və sabitliyin bərpasıdır. Bakıda hər hansı sənəd imzalanmadı. Buna
baxmayaraq, məhz Bakıda əldə olunan şifahi razılaşma əsasında Rusiya və ABŞ
hərbçiləri Suriyada terrorçulara qarşı mübarizədə bir-birlərinə mane olmadılar”.
Politoloq bu
dəfə də görüş yeri kimi Bakının seçilməsinin səbəbini də dilə gətirib: "Gürcüstanın
Rusiya ilə diplomatik münasibətləri yoxdur, iki dövlət arasında münasibətlər
soyuqdur. Ermənistan isə Rusiyanın hərbi və strateji müttəfiqi, o cümlədən
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də müzakirə
yeri kimi Tiflisin seçilməsinə Rusiya, İrəvanın seçilməsinə isə NATO rəhbərliyi
razılaşmayacaqdı. Bu baxımdan Bakının seçilməsi tərəflər üçün daha münasib idi.
Azərbaycanın həm Rusiya, həm də NATO ilə sıx əlaqələri var və hər ikisindən
eyni məsafədədir. NATO Hərbi Komitəsinin rəhbəri ilə Rusiya Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi arasındakı növbəti görüşdə Suriya əsas müzakirə
mövzusu deyildi. NATO ilə Rusiya arasındakı gərginlik daha fərqli mövzuları və
məkanları əhatə edir. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasından, ABŞ-ın
Şərqi Avropada raketlərdən müdafiə sistemlərini yerləşdirməsindən, NATO isə
Rusiyanın Baltik ölkələrinə yaxın ərazidə hərbi təlimlərindən narahatdır.
Düzdür, Bakıda heç bir sənəd imzalanmadı. Ancaq ötən dəfəki görüşdə olduğu kimi,
şifahi razılaşma əldə olundu. Tərəflər münasibətləri daha da gərginləşdirməmək
üçün dialoqun davamına qərar veriblər. Qlobal mövzular üçün görüş yeri kimi
Bakının seçilməsi böyük dövlətlərin Azərbaycana verdiyi önəmdən irəli gəlir. Bu
Azərbaycanın xeyrinədir. Azərbaycan beynəlxalq aləmdə dialoq platformasının
mərkəzlərindən biri kimi tanınır. Eyni zamanda rəsmi Bakı bu imkandan istifadə
edərək böyük dövlətlərin diqqətini torpaqlarının işğalı faktına yönəltmək
imkanı qazanır”.
Rufik İSMAYILOV