• çərşənbə, 24 Aprel, 23:57
  • Baku Bakı 23°C

Azərbaycana Macarıstandan və Fransadan damazlıq düyələr gətiriləcək

09.09.13 11:20 1484
Azərbaycana Macarıstandan və Fransadan damazlıq düyələr gətiriləcək
Kənd Təsərrüfatı Nazirliyi Macarıstan və Fransadan 1 800 baş heyvan gətirməyi planlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında Nazirliyin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.
Şöbə müdirinin sözlərinə görə, artıq sentyabrın sonundan başlayaraq 1 800 baş damazlıq düyənin ölkəyə gətirilməsinə başlanılacaq.
Ç.Fərəcov əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi heyvanları gətirəndə sağlamlıq haqqında baytarlıq xidmətindən arayış alır.
Qeyd edək ki, Azərbaycana Fransa və Macarıstanla yanaşı, Avstriya və Almaniyadan da damazlıq heyvanlar gətirilir. Hazırda ölkədə 2 mln. başdan artıq heyvan var.
banner

Oxşar Xəbərlər