Azərbaycana gəlmək üçün 10 səbəb - Fotolar
Qardaş Türkiyə mətbuatında Azərbaycanın turizm potensialı, tarixi
yerləri, əsrarəngiz təbiəti ilə bağlı maraqlı materiallar dərc edilməkdədir.
Həmin materiallarda ölkəmizdə turistlərin diqqətini cəlb edə biləcək xeyli
sayda obyektlərin olduğu xüsusi vurğulanır. Bu günlərdə Türkiyənin nüfuzlu
"Sözçü” qəzetində də belə bir material dərc edilib. Müəllif məqaləsini "Azərbaycana
getmək üçün 10 səbəb” adlandırır və yazır ki, Heydər Əliyev adına aeroportdan
Bakıya daxil olan kimi, xoş auranın şahidi olursan. "Pasport idarəsində "digər
ölkə” vətəndaşları üçün ayrılan hissədə gözləyərkən, aeroport əməkdaşı əlinizdəki
pasportu görərək sizi xəbərdar edir - "siz türksünüz, bu ölkə sizin və istədiyiniz
yerdən keçə bilərsiniz” deyir”. Reportajda yerli sakinlərin Türkiyə və onun
insanlarına olan münasibətinin yüksək səviyyədə olduğu xüsusi vurğulanır.
"Getdiyiniz
bir restoranda sizə xidməti edən qarson başını önə əyib bir az da utancaq bir
səs tonu ilə "biz sizi çox sevirik” deyir.
Budur - iki nümunə. Belə hallara Azərbaycanda tez-tez rast gələ
bilərsiniz. Çünki orada sizləri görməkdən xoşbəxt olacaq və qucaqlayacaq
qardaşlarınız var”. Məqalədə daha sonra Azərbaycanı ziyarət etmək üçün səbəblər
bir-bir sadalanır. "Azərbaycanda türk olduğunuzu biləndə hər kəs sizə ayrı bir
simpatiya ilə yanaşır. "Türkiyənin harasındansan” deyə soruşmazlar. Onlar üçün türk
olmanız kafi. Səyahət edərkən sizi qucaqlayan azərbaycanlı soydaşlarınızdan "iki
dövlət, bir millət” deməklərini tez-tez eşidəcəksiniz. Türklərin xaricə
çıxarkən çəkindikləri ən əhəmiyyətli mövzuların başında "xarici dil” problemi
gəlir. Əslində bu problemi yaşamayacağın bir ölkə Azərbaycandır. Öz dilinizdə
danışaraq, qarış-qarış gəzə bilərsiniz”.
Müəllif daha sonra Azərbaycan mətbəxinin dadından bəhs edib: "Azərbaycana
getmək üçün səbəblərin başında mətbəxləri durur. Müdhiş bir zənginliyi olan
Azərbaycanda qidanın ən təbii və ləzzətli halı ilə qarşılaşırsınız. Şorbalar,
yarpaq dolması, plovlar və ətli yeməklər mütləq hər zaman istəyəcəyiniz
yeməklərin başında gələcək”. Daha sonra Azərbaycanın tarixi, müstəqillik əldə
etməsi barədə danışılır: "Azərbaycan dərin bir tarixə sahib. 30 avqust 1991-ci
ildə SSRİ-nin dağılması ilə müstəqilliyini elan edən Azərbaycanın qədim
dövlətçilik ənənələri var - Manna, Midiya, Skif, Atropatena, Alban dövrlərinə
aid izlər daşıyır. İçəri Şəhər ziyarət etməli olduğunuz ən gözəl yerlərdən
biridir. Osmanlıdan, ərəblərdən, sovetlər birliyindən qalma bir çox əsər sizi
qarşılayır. Müasir Bakının içində diqqətlə qorunan və peşəkar bir şəkildə
ziyarətə təqdim edilən bu əsərlər sizi Bakı içində başqa diyarlara götürəcək”.
Əlavə edilir ki, geniş və təmiz prospektlər, bir çox memarlıq xüsusiyyətlərini bünövrəsində
saxlayan binalarla sizi qarşılayan Bakıda, dərhal diqqət çəkən sahələrdən biri
də muzeylərdir. Ənənələrinə və tarixinə böyük əhəmiyyət verən Azərbaycan xalqı
bunu nümayiş etdirmək üçün dünya standartlarının üzərində bir səy göstərir.
Bakı mərkəzində diqqətinizi çəkə biləcək bir yerlə rastlaşırsınız. Bu, məşhur memar Zaha Hədidin müəllifi
olduğu Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Heydər
Əliyev Mərkəzidir. Eləcə də, Xalça Muzeyi, Tarix Muzeyi, Müasir İncəsənət
Muzeyi, Kukla Muzeyi, Muğam Mərkəzi və onlarca belə yerlər var. Dünyanın ilk və
tək miniatür kitab muzeyi də Bakıda - İçəri Şəhərdədir. Miniatür Kitab
Muzeyində 66 ölkədən kitablar sərgilənir. Yalnız 7,5 sm.-dən kiçik kitabların
miniatür olaraq qəbul edildiyi muzey "Ginnesin rekordlar kitabı”na da daxil
olub. Bakıda - İçəri Şəhərdə gəzərkən üzərində qadın portretləri olan bir ağac
diqqətinizi çəkəcək. Bu, xüsusilə turistlərin böyük marağını çəkir. Bu ağac rəssam
Əli Şəmsi sayəsində ikinci baharını yaşayır. O, Azərbaycanın əhəmiyyətli
rəssamlarındandır. Gəlib ağaca toxunan və qarşısında fotoşəkillər çəkdirən
insanlar sayəsində illərdir yarpaq belə verməyən ağac indi maraq sayəsində
canlanıb və inkişafa başlayıb.
Azərbaycanın qürur abidələrindən biri də Heydər
Əliyev Mərkəzidir. 2013-cü ildən fəaliyyətə başlayan 101 min kvadrat metrlik
mədəniyyət mərkəzi Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümü və Heydər Əliyev Fondunun fəaliyyət başlamasının 8-ci ildönümündə - 5 noyabrda
təşkil edilən bir mərasimlə fəaliyyətə başlayıb. İçində konsert salonu,
konfrans salonu, kitabxana, muzey, sənət qalereyaları saxlayan bina, Xəzər
dənizinin yüksəlişini əks etdirən memarlıq nümunələri ilə diqqət çəkir. Mərkəzi
gəzərkən Azərbaycan tarixindən izlərləə, milli geyim və alətlərdən nümunələrə,
sənət əsərlərinə rast gələ bilərsiniz. Xüsusilə,
Bakını gəzərkən irimiqyaslı strukturlar diqqətinizi çəkəcək. Hər biri
bir-birindən estetik olan bu binalarda bir çox ölkəyə aid arxitektura izləri sizləri
qarşılayır. Bakıda özünüzü bir anda Rusiyada, Parisdə və ya Vyanada gəzirmiş kimi
hiss edə bilərsiniz. Ən gözəl nümunələrdən ilhamlanaraq edilən estetik binalar
uzun illərdir turistlərin diqqətini çəkməyi bacarır”.
O da qeyd edilir ki, paytaxt
Bakı başda olmaqla, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir: "Turistlərin
baş bəlası olan "oğurluq, təcavüz” kimi cinayətlər Azərbaycanda ağır sayılan cinayətlər
içindədir. "Dünyanın ən etibarlı” ölkəsi kimi Azərbaycanı təyin etsək, səhv
olmaz. Ölkəyə gələn turistlərin böyük bir qismini qəbul edən Bakıda 24 saat
istədiyiniz yerdə bu etibarı hiss edirsiniz”. Eyni zamanda, buraların
alış-veriş üçün çox əlverişli bir yer olduğu vurğulanır. "Tam bir ticarət
cənnəti. Dünyanın ən məşhur markaları Bakı prospektlərinə ayrı bir canlılıq
qatır. Ən məşhur toxuculuq, kosmetik və avtomobil markaları ilə tez-tez rastlaşa
bilərsiniz. Ətraf ölkələrdən də alver həvəskarlarının tez-tez ziyarət etdiyi
mağazaların toplandığı ən əhəmiyyətli mərkəz isə Bakı limanıdır. Bölgənin ən
lüks alver mərkəzi, dünya nümunələrilə
bir zənginlik və rahatlıq təqdim edir. Bunların yanında, Bakını gəzərkən bir
çox türk markası ilə qarşılaşmağınız da sizi çaşdıracaq”.
Azər