AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycana 800 traktor və 800 kotan gəlir

Azərbaycana 800 traktor və 800 kotan gəlir

İqtisadiyyat
23 Sentyabr 2013, 09:43 6358
Azərbaycanda kənd təsərrüfatı texnikasına tələbat ilbəil artır. Bu il ölkəyə kənd təsərrüfatı üçün 800 traktor və 800 ədəd kotan alınacaq. Kənd təsərrüfatı texnikası Gəncə Avtomobil Zavodu istehsalı olacaq.

Bunu “APA-Economics”ə “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Əli Bayramov bildirib.

Onun sözlərinə görə, hər il fermerlərdən kənd təsərrüfatı texnikası üzrə sifarişlər artır: “Buna görə də biz Gəncə Avtomobil Zavodu ilə müqavilə imzalamışıq. Artıq bu texnikanın çox hissəsi alınıb, qalan hissəsi də ilin sonuna qədər alınaraq fermerlərin istifadəsinə veriləcək”.

Lakin Ə.Bayramov əlavə edib ki, müəyyən təyinatlı traktorlar Gəncədə istifadə olunmadığı üçün onları xarici ölkələrdən almaq lazım gəlirlər. Bu cür texnika əsasən Rusiya və Çindən alınır: “Gəncə Avtomobil Zavodunda istehsal olunmayan bəzi kənd təsərrüfatı texnikası bu ölkələrdən alınır. Məsələn, bağlar arasında işləyən mini-traktorlar alırıq. Belə texnikanın sayı təxminən 80-10 ədəd olur. Həmçinin Türkiyədən tələbatın artması ilə əlaqədar 48 taxıl taxılsəpən gətiriləcək”.

Qeyd edək ki, bu il ümumilikdə ölkəyə 2000 ədəd kənd təsərrüfatı texnikası idxal olunacaq.