• cümə, 19 Aprel, 23:00
  • Baku Bakı 24°C

Azərbaycan zirehli döyüş maşınının satışına başlayacaq

01.10.16 09:51 1010
Azərbaycan zirehli döyüş maşınının satışına başlayacaq
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi daha bir zirehli avtomobilin satışına başlanacaq.
Trend-in məlumatına görə, "İldırım" adlanan zirehli döyüş maşınının satışına 2017-ci ildən başlamaq nəzərdə tutulur.
Avtomobil 31 dərəcədə qalxır, 38 dərəcə bucaq altında enir. Çəkisi adi vəziyyətdə 13 ton, döyüş vəziyyətində isə 15,5 tondur.
Döyüş maşını 12 nəfərlik heyətlə hərəkət edir. Döyüş şəraitində tank əleyhinə mina partlayışına davamlıdır.
Zirehli maşın suda hərəkət edir, batarkən özü çıxır, aşarkən yerində düzəlir. Avtomobil 90 km/saat sürəti ilə hərəkət edir. İstənilən vəziyyətdə zərbə dalğasından müdafiə olunur.
banner

Oxşar Xəbərlər