• çərşənbə, 24 Aprel, 07:55
  • Baku Bakı 13°C

Azərbaycan yığmasını Riodan gətirən təyyarə gecikəcək

23.08.16 10:49 927
Azərbaycan yığmasını Riodan gətirən təyyarə gecikəcək
Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığması və nümayəndə heyətini gətirən təyyarə saat 22:20-də Bakıya çatacaq.
Bunu "APA-Economics”ə açıqlamasında Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Qeyd edək ki, Rio-de-Janeyroda hava limanında sıxlıq olduğu üçün Azərbaycan yığması və nümayəndə heyətini gətirəcək təyyarənin gecikəcəyi ehtimal edilir.
P. Kəsəmənski qeyd edib ki, Azərbaycan yığması və nümayəndə heyətini gətirəcək təyyarənin bu gün saat 18:20-də Bakıya eniş etməsi gözlənilirdi: "Ancaq sonradan Rio-de-Janeyronun hava limanından təyyarənin gec çıxması səbəbindən 4 saat gecikmə ola bilər. Təyyarənin Bakıya saat 22:20-də çatacağı gözlənilir”.
banner

Oxşar Xəbərlər