• cümə axşamı, 28 mart, 17:36
  • Baku Bakı 16°C

Azərbaycan yeni tipli zərbə-raket kompleksləri alıb

15.10.13 10:10 1288
Azərbaycan yeni tipli zərbə-raket kompleksləri alıb
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Azərbaycan tərəfi Rusiyanın «Taktik Raket Silahları» Korporasiyasına 2010-cu ildə 75 milyon ABŞ dolları dəyərində sifariş verib. Cari ilin sonlarından etibarən sifarişin realizə mərhələsi başlanacaq. Bu raket kompleksləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin silahlanmasında yer alacaq.
Qeyd edək ki, hazırda Xəzər dənizində yalnız Rusiya və Türkmənistanın hərbi gəmiləri bu komplekslərlə silahlandırılıb. 2010-cu ildə Azərbaycanla yanaşı, Türkmənistan 79,8 milyon ABŞ dolları, Qazaxıstan isə 30 milyon ABŞ dolları dəyərində “Uran-E” zərbə-raket kompleksləri sifariş verib. Türkmənistanın sifarişinin ilk partiyası 2011-2012-ci illərdə çatdırılıb. Aşqabad əlavə olaraq 2014-cü il üçün təqribən 40 milyon dollarlıq sifariş verib. Bu raketlərin mənzili 130-260 km təşkil edir.
banner

Oxşar Xəbərlər