• cümə axşamı, 28 mart, 20:13
  • Baku Bakı 13°C

Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək

08.04.20 15:37 519
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
Bu bir faktdır ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən hazırda bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ilə yanaşı, istehsal avadanlığı və xammalın da ixracını dayandırıblar. Lakin Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğundan, dövlətimizin başçısının əhalinin sağlamlığının təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşdığından, məhz onun tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olublar.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, hələ iki həftə əvvəl ölkəmizdə tibbi maska istehsalına başlanılması üçün dövlətimizin başçısı tərəfindən birbaşa göstərişin verilməsi onu göstərirdi ki, Prezident İlham Əliyev koronavirus pandemiyasının xalqımızın sağlamlağına az zərər vurmasını təmin etməkdə israrlıdır. "Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmələri bunu bir daha sübut etdi. Yeni açılan müəssisədə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulub. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq gündəlik 200-250 minə çatdırılması nəzərdə tutulur. Bu da o deməkdir ki, artıq Azərbaycan tibbi ləvazimatları idxal edən yox, onların istehsalı ilə məşğul olan və gələcəkdə ixrac edəcək ölkəyə çevrilir. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq bizim ölkəmizdə öz müsbət həllini tapır”, - deyə baş redaktor bildirib.
"İki həftə ərzində gündəlik 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı sahəsində ölkəmizdə yaradılmış şərait bizə çox qısa zamanda daxili tələbatı yerli istehsal hesabına ödəməyimizə imkan verəcək.
banner

Oxşar Xəbərlər