• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

Azərbaycan XİN: Qırğızıstanın kimin dəyirmanına su tökməsi ciddi sual doğurur

03.03.17 14:00 860
Azərbaycan XİN: Qırğızıstanın kimin dəyirmanına su tökməsi ciddi sual doğurur
"Qırğızıstanın kimin dəyirmanına su tökməsi ciddi sual doğurur".Bunu Trend-ə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmamasına münasibət bildirərkən deyib.
H.Hacıyevin sözlərinə görə, ECO-nun Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilir ki, ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəlləyir:"Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunur. Ümumiyyətlə, iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Ona görə də Qırğızıstanın mövqeyi qətiyyən başa düşülən deyil. Bu mövqe ilə Qırğızıstanın kimin dəyirmanına su tökməsi də ciddi sual doğurur”.
banner

Oxşar Xəbərlər