• cümə, 29 Mart, 00:57
  • Baku Bakı 7°C

Azərbaycan XİN: Minsk Qrupundan narazı olmağa əsasımız var

17.07.13 12:23 1340
Azərbaycan XİN: Minsk Qrupundan narazı olmağa əsasımız var
“Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır. Çünki torpaqlarımız bu günə qədər də işğal altında qalmaqdadır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədən olan həmkarı Əhməd Davudoğlu ilə keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, Azərbaycanın həmsədrlərin fəaliyyətindən narazı olmağa obyektiv əsası var: “Biz çox sevinərdik ki, əgər bu müddət ərzində bu ölkələrin vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Amma bu irəliləyişi görmürük və təbiidir ki, biz də həmsədrlərin işindən narazıyıq”.
İranın Dağlıq Qarabağ münaqişənin həllində vasitəçi rolunun mümkünlüyünə gəldikdə Elmar Məmmədyarov bildirib ki, Azərbaycan münaqişənin həlli istiqamətində istənilən ölkədən gələn təklifi alqışlayır: “Biz istəyirik ki, münaqişənin həlli Ermənistanın işğal
olunmuş ərazilərdən öz qoşunların çıxarması ilə başlasın”.
banner

Oxşar Xəbərlər