• cümə axşamı, 25 aprel, 16:53
  • Baku Bakı 23°C

Azərbaycan XİN erməni parlamentindəki hadisəyə münasibət bildirdi

05.07.13 13:40 1394
Azərbaycan XİN erməni parlamentindəki hadisəyə münasibət bildirdi
Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.
Moldova ombudsmanının Ermənistan parlamentində çıxış edərək bu ölkənin işğalçı siyasətini pisləməsini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsi barədə bəyanatını şərh edən Elman Abdullayev bildirib ki, bu çıxış xüsusilə insan haqları üzrə ixtisaslaşan bir çox beynəlxalq təşkilatlar üçün nümunə rolu oynaya bilər.
“İnsan haqlarının kütləvi şəkildə pozulması beynəlxalq birliyin diqqətindən kənarda qalmamalıdır və dünya ictimaiyyəti bu kimi hallara sərt reaksiya verməlidir. Söhbət Azərbaycan ərazilərində aparılan etnik təmizləmə siyasətindən və insanların öz yurdlarından zorla qovulmasından gedir. Bu, təkcə cəsarətli deyil, həm də 20 ildən artıqdır hüquqları pozullan milyondan artıq qaçqın və məcburi köçkünlərin müdafiəsinə yönəlmiş obyektiv addımdır. Ermənistan anlamalıdır ki, Xocalıda insanlığa qarşı cinayət törədilməsi cinayətini, etnik təmizləmələri, sərhədlərin zorla dəyişdirilməsinə cəhdləri gizlətmək olmaz”.
banner

Oxşar Xəbərlər