• cümə axşamı, 25 aprel, 09:01
  • Baku Bakı 14°C

Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

23.03.20 09:37 1248
Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Trend-in məlumatına görə, Azərbaycan XİN-in Abxaziyada qondarma "prezident seçkiləri” ilə bağlı bəyanatında deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

banner

Oxşar Xəbərlər