• cümə axşamı, 25 aprel, 20:47
  • Baku Bakı 21°C

Azərbaycan voleybol millisi Avropa çempionatında 1/4 final görüşünü keçirəcək

29.09.17 10:05 1422
Azərbaycan voleybol millisi Avropa çempionatında 1/4 final görüşünü keçirəcək
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında 1/4 final oyununa çıxacaq."Report” xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv son 5 gündə ikinci dəfəAlmaniya yığması ilə üz-üzə gələcək.
Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək görüşü serbiyalı və slovakiyalı hakimlər idarə edəcək.
Bu komandalar qrup mərhələsində də üz-üzə gəliblər. Azərbaycan millisiMacarıstan (3:0) və Polşadan (3:0) fərqli olaraq,Bundestimlə görüşdə çətin anlar yaşayıb. Lakin sonda meydan sahibləri qələbə qazanmağa müvəffəq olublar -3:1. Azərbaycan millisibu görüşün də favoriti hesab olunur. Qalib komandayarımfinalda Hollandiya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, günün son 1/4 final qarşılaşmasında Rusiya və Türkiyə yığmaları üz-üzə gələcək. Bu komandalar da qrup mərhələsində qarşılaşıblar və həmin vaxt Rusiya 3:1 hesabı ilə qalib gəlib. İki komandanın bugünkü "duel"indən qalib ayrılacaq yığma yarımfinalda Serbiya önünə çıxacaq. Oyunu idarə edəcək hakimlərdən birincisi azərbaycanlı Eldar Zülfüqarovdur.
Avropa çempionatı
1/4 final
29 sentyabr
18:00. Azərbaycan - Almaniya
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)
20:30. Rusiya - Türkiyə
Hakimlər: Eldar Zülfüqarov (Azərbaycan), Daniele Rapisarda (İtaliya)
Milli Gimnastika Arenası
banner

Oxşar Xəbərlər