AZE | RUS | ENG |


Azərbaycan vətəndaşları gələn ildən şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəklər

Azərbaycan vətəndaşları gələn ildən şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəklər
Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər.

Trend-in məlumatına görə, "Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir.

Məcəlləyə bu dəyişiklik "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar təklif edilir.

Bu qanun layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, hazırda vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7056
GBP 1 İngilis funt sterlinqi 2.1791
TRY 1 Türk lirəsi 0.4718
KWD 1 Küveyt dinarı 5.5883
SEK 1 İsveç kronu 0.1923
EUR 1 Avro 1.8484
CHF 1 İsveçrə frankı 1.7083
USD 1 ABŞ dolları 1.7022