• cümə, 26 Aprel, 01:58
  • Baku Bakı 16°C

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

31.10.17 14:10 986
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanilə təkbətək görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb.

Qlobal layihə olanBakı-Tbilisi-Qarsdəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər