• cümə, 29 Mart, 00:54
  • Baku Bakı 7°C

Azərbaycan və Türkiyə arasında aviareyslərin sayı iki dəfə artırılır

02.12.14 15:00 1173
Azərbaycan və Türkiyə arasında aviareyslərin sayı iki dəfə artırılır
İstanbulda Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyası (ADMAA) və Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin Mülki Aviasiya Baş İdarəsinin (SHGM) nümayəndə heyətləri arasında görüş keçirilib.
APA-nın SHGM-ə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında aviareyslərin sayının artırılmasına dair məsələlər müzakirə olunub.
SHGM baş direktorunun müavini Bahri Kəsici və ADMAA-nın direktor müavini Hacıağa Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında aparılan müzakirələrdə Türkiyə və Azərbaycan arasında 5 il əvvəl imzalanmış protokol yenilənib. Yeni protokola əsasən, Türk şirkətləri üçün İstanbulun Sabiha Gökçən aeroportundan Bakıya - Heydər Əliyev Beynəlxalq Aeroportuna həftədə 7 uçuş reallaşdırılacaq. Eyni zamanda, İstanbulun Atatürk Hava limanından Bakıya həftədə 28 reysin həyata keçirilməsinə dair razılıq əldə olunub.
Yeni anlaşma ilə Türkiyədən Naxçıvana və Gəncəyə həftəlik aviareyslərin sayı 7-dən 14-ə çatdırılıb. Protokolda yer alan və uçuş həyata keçirilməyən digər nöqtələrə də həftədə ümumilikdə 21 reysin gerçəkləşdirilməsi qərara alınıb.
Yeni protokola ümumilikdə əvvəllər Azərbaycandan Türkiyəyə olan həftəlik 35 aviareysin sayı iki dəfə artırılaraq 70 reysə çatdırılıb.
Protokolda Azərbaycanın Lənkəran, Qəbələ və Zaqatala aeroportları yeni uçuş nöqtələri olaraq müəyyən edilib. Həmçinin Pakistanın Lahor və İslamabad şəhərlərinə Azərbaycan üzərindən uçuşların keçirilməsi barədə ortaq fikrə gəlinib.
banner

Oxşar Xəbərlər