• cümə, 29 Mart, 17:15
  • Baku Bakı 14°C

“Azərbaycan və Serbiya arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir”

24.11.14 13:15 1292
“Azərbaycan və Serbiya arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir”
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə nazir Ş.Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə Neboyşa Rodiçi təbrik edib və Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Vurğulanıb ki, Azərbaycan və Serbiya arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir və qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, Azərbaycan və Serbiya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsi vurğulanıb.
Nazir Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb. Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.
Ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, Azərbaycanın “AzVirt” şirkətinin Serbiyada uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Görüşdə əczaçılıq, kənd təsərrüfatı, turizm, hava nəqliyyatı və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər