
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Siyasət
02 Dekabr 2020, 22:19
192
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatını, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.