• çərşənbə axşamı, 19 mart, 08:15
  • Baku Bakı 8°C

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər

22.07.17 12:19 2050
Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər
Azərbaycan Prezidentiİlham ƏliyevvəRusiyanın dövlət başçısıVladimir Putinin Soçidə keçirilən görüşündə Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
"Report" xəbər verir ki, görüşdə beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. Prezidentlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
banner

Oxşar Xəbərlər