• çərşənbə axşamı, 23 aprel, 16:28
  • Baku Bakı 24°C

Azərbaycan və Moldova prezidentlərinin təkbətək görüşü olub

22.06.17 11:25 1018
Azərbaycan və Moldova prezidentlərinin təkbətək görüşü olub
İyunun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Moldova prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.
APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan prezidentiİlham Əliyevəmin olduğunu bildirib ki, səfər yaxşı keçəcək və ikitərəfli münasibətlərin mühüm məsələlər müzakirə ediləcək: "Bir çox məsələlər üzrə bütövlükdə fikir mübadiləsi aparacağıq. İkitərəfli münasibətlərə əhəmiyyətli dinamika vermək də vacibdir ki, çox iş görmək mümkün olsun. Sadəcə, həm rəhbərlik, həm də nazirlər, bütün əməkdaşlar fəal işləməlidirlər”.
Moldova prezidenti İqor Dodon isə Azərbaycana səfər etdiyi üçün şad olduğunu bildirib: "Bizim çox yaxşı ikitərəfli münasibətlərimiz var. Biz may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etmişik. Təəssüf ki, son 5 ildə hökumətlərarası komissiyanın iclasını keçirməmişik. Buna görə də çox ümid edirəm ki, bizim görüşümüz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Çünki potensial çox böyükdür. Hələ ki, bundan tam həcmdə istifadə olunmur. Moldovada çox böyük Azərbaycan diasporu var. Yüz illərdir ki, biz bir yerdə yaşayırıq, onlar özlərini Moldovada yaxşı hiss edirlər. Azərbaycanda bizim diaspor daha azdır. Biz dünən görüşmüşük, təxminən 10-15 nəfər. Lakin biz həmişə sülh və dostluq şəraitində yaşamışıq. Mən ümid edirəm və əminəm ki, gələcəkdə bizi daha yaxşı və gözəl nailiyyətlər gözləyir”.
banner

Oxşar Xəbərlər