• şənbə, 20 Aprel, 13:00
  • Baku Bakı 23°C

Azərbaycan və Macarıstan nəqliyyat sahəsində saziş hazırlayır

02.09.17 11:00 1258
Azərbaycan və Macarıstan nəqliyyat sahəsində saziş hazırlayır
Azərbaycan və Macarıstan arasında "Beynəlxalq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları haqqında” saziş imzalanacaq.
Bunu Trend-ə Macarıstan dövlət katibinin müavini Jolt Çutora deyib.
Onun sözlərinə görə, Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində aparıcı oyunçulardan birinə çevrilib və Çinin "Bir kəmər – bir yol” təşəbbüsünün reallaşdırılmasında vacib rol oynayır.
J.Çutora qeyd edib ki, Azərbaycan və Macarıstan Şərq-Qərb dəhlizi çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı imkanlara malikdirlər:"Azərbaycan ərazisi ilə Çindən Avropaya artıq bir neçə sınaq konteyner qatarı hərəkət edib və bu dəhlizin Avrasiyada Şərqlə Qərbin birləşməsi üçün vacib rol oynayacağı gözlənilir".
O əlavə edib ki, iki ölkə arasında birbaşa hava əlaqəsi də mövcuddur. Macarıstanın "WizzAir” aviaşirkəti Bakı və Budapeşt arasında uçuşlar həyata keçirir:"Reyslərin açılmasından sonra Macarıstanın Bakıdakı səfirliyi tərəfindən verilən vizaların sayı artıb. Bu, turizmlə yanaşı biznes və mədəniyyət sahələrində də qarşılıqlı mübadiləyə müsbət təsir göstərəcək”.
banner

Oxşar Xəbərlər