• cümə axşamı, 28 mart, 21:30
  • Baku Bakı 13°C

Azərbaycan və İran Rəşt dəmir yolunu birgə maliyyələşdirəcək

07.08.16 17:06 924
Azərbaycan və İran Rəşt dəmir yolunu birgə maliyyələşdirəcək
"Viza rejiminin aradan qaldırılması iki ölkə arasında əlaqələrinin inkişafında mühüm rol oynayar”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidentiHəsən RuhaniAzərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

H.Ruhani bildirib ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun birləşdirilməsi çox mühümdür: "Sonrakı mərhələdə Astara-Rəşt dəmir yolunun çəkilməsi vacibdir. Azərbaycan və İran Rəşt dəmir yolu layihəsində 50 faiz olmaqla müştərək iştirak edəcək, bərabər səviyyədə bu layihəni maliyyələşdirəcək”.
banner

Oxşar Xəbərlər