• cümə axşamı, 18 aprel, 22:14
  • Baku Bakı 21°C

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

24.09.20 11:06 415
Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana ilk rəsmi səfəri başlayıb.
"Report”un yerli bürosu xəbər verir ki, hazırda nazir Gürcüstanın Xarici İşlər Nazirliyində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüş keçirir.
Görüşdən sonra XİN başçılarının birgə brifinqi olacaq.
C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti Salome Zurabişvili, baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.
NazirTbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü və Qəhrəmanlar meydanındakı memorial abidəni də ziyarət edəcək.
banner

Oxşar Xəbərlər