• çərşənbə axşamı, 19 mart, 09:17
  • Baku Bakı 8°C

Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirilib

24.11.17 15:40 1923
Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr aparılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, siyasi məsləhətləşmələr çərçivəsində tərəflər ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələri müzakirə ediblər. Görüşdə beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq məsələsinə də toxunulub.
Tərəflər gələcəkdə də ikitərəfli səfərlərin həyata keçirilməsi və ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsinə hazırlıq ifadə ediblər.
Gürcüstan Xarici İşlər Nazirliyində keçirilən görüşdə Gürcüstanı XİN başçısının müavini David Zalkaliani, Azərbaycanı isə XİN-nin 2-ci Avropa İdarəsinin rəisi İlqar Muxtarov təmsil edib.
banner

Oxşar Xəbərlər