• cümə, 19 Aprel, 20:43
  • Baku Bakı 24°C

Azərbaycan və Ermənistan XİN rəhbərləri Münhendə görüşüb

17.02.17 09:20 921
Azərbaycan və Ermənistan XİN rəhbərləri Münhendə görüşüb
Azərbaycan XİN rəhbəriElmar Məmmədyarovvə onun erməni həmkarı Edvard Nalbandyan arasında Münhendə görüş baş tutub.APA-nın "Novosti-Armenya”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Facebook” səhifəsində Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan yazıb.
T.Balayan, görüşünATƏTMinsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutduğunu bildirib.
Görüşün digər təfərrüatları açıqlanmır.
Danışıqlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş 2016-cı ilin dekabrında Hamburqda baş tutub.
banner

Oxşar Xəbərlər